Ramazan (Türkiye Türkçesinde)
*
Ramazanı seve-seve yaşayan,
Ramazanın bitmesini gam eyler.
Yüreğinde Allah aşkı taşıyan,
Gece-gündüz gözlerini nem eyler.
*
Ramazanda sima güler, yüz güler,
Takdir eden gönül güler, göz güler,
Üzgün olan yüz sevinir, yüz güler,
Mümin olan Ramazanda dem eyler.
*
Ramazanın imsakına oyanan,
İftarına sabr ederek dayanan,
Allah deyib aşkı-nura boyanan
İnsanlardan Allah derdi kem eyler.
*
Üç geceden biri Kadir bilinmez,
Kim demiş ki, kötü suçlar silinmez,
Yaratana damla-damla gelinmez,
Ona gelen varlığını cem eyler.
*
Muhammedin orucunu sal yada,
Hiç oldumu o oruçtan dünyada,
Yardımsıza Allah yeter imdada,
Karanı ak, zili ise bem eyler.
*
Habil açar ellerini dergaha,
Yalnız Odur cevap veren her aha,
Umut varsa bu günümden sabaha,
Uca Rabbim her günüme rahm eyler.
*
Habil Yaşar
*
Ramazan (Azərbaycan Türkcəsində)
*
Ramazanı sevə-sevə yaşayan,
Ramazanın bitməsini qəm eylər.
Ürəyində Allah eşqi daşıyan,
Gecə-gündüz gözlərini nəm eylər.
*
Ramazanda sima gülər, üz gülər,
Qədir bilən könül gülər, göz gülər,
Qəmli olan yüz sevinər, yüz gülər,
Mömin olan ramazanda dəm eylər.
*
Ramazanın imsakına oyanan,
İftarına səbr edərək dayanan,
Allah deyib eşqi-nura boyanan
İnsanlardan Allah dərdi kəm eylər.
*
Üç gecədən biri Qədir bilinməz,
Kim deyər ki, pis günahlar silinməz,
Yaradana damla-damla gəlinməz,
Ona gələn varlığını cəm eylər.
*
Məhəmmədin orucunu sal yada,
Heç oldumu o orucdan dünyada,
Köməksizə tanrı yetər imdada,
Qaranı ağ, zili isə bəm eylər.
*
Habil açar əllərini dərgaha,
Yalnız odur cavab verən hər aha,
Ümid varsa bu günümdən sabaha,
Uca Rəbbim hər günümə rəhm eylər.
*
Habil Yaşar